...

TAP konsorsiumu rəqəmsallaşdırma sahəsində tenderlər elan edəcək

Energetika Materials 27 Oktyabr 2021 15:51 (UTC +04:00)
TAP konsorsiumu rəqəmsallaşdırma sahəsində tenderlər elan edəcək

Trend-i buradan izləyin

Bakı. Ləman Zeynalova - Trend:

Trans-Adriatik qaz kəməri (TAP) konsorsiumunun texnologiyalardan istifadə və təkmilləşdirmə üzrə strategiyasına uyğun olaraq rəqəmsallaşdırma sahəsində bir neçə tender keçiriləcək.

Bunu Trend-ə TAP konsorsiumunun xarici əlaqələr şöbəsinin rəhbəri Vüqar Veysəlov deyib.

O bildirib ki, konsorsium qaz kəmərinin təhlükəsiz və effektiv işini təmin edən strateji müqavilələr imzalayıb.

V.Veysəlovun sözlərinə görə, TAP konsorsiumunun IT sferası üzrə əməkdaşları təhlükəsiz əməliyyatların təmin olunması üçün yeni həllər tətbiq edir: "TAP müasir sistemləri və IT infrastrukturunu istifadə edən müasir boru kəməridir. TAP qaz kəmərinin marşrutu boyunca məlumatların təhlükəsiz ötürülməsinin təmin olunması üçün "Motorola Solutions" şirkətinin rəqəmsal radiosistemindən istifadə edir".

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti