Bakı. Trend:
Moldova ilə qaz təchizatı müqaviləsi noyabrın 1-dən 5 il müddətinə uzadılıb.
Trend xəbər verir ki, bu barədə Rusiyanın "Qazprom" şirkətindən bildiriblər.
Məlumata görə, “Qazprom” və “Moldovaqaz” 2021-ci il noyabrın 1-dən Rusiya qazının Moldova istehlakçılarına tədarükü üzrə müqaviləni qarşılıqlı faydalı şərtlərlə beş il müddətinə uzadıb.
Danışıqların yekununda qaz sahəsində cari məsələlərin həllinə dair protokol imzalanıb.
Moldovanın İnfrastruktur Nazirliyindən verilən məlumata görə, tərəflər qiymətin hesablanması düsturu, eləcə də “Moldovaqaz” şirkəti tərəfindən yığılmış borcun auditi ilə bağlı razılığa gəliblər.