...

Azərbaycan neft ixracını dəyər baxımından 30 faizdən çox artırıb

Energetika Materials 10 Noyabr 2021 20:42 (UTC +04:00)
Azərbaycan neft ixracını dəyər baxımından 30 faizdən çox artırıb

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan neft ixracını dəyər baxımından ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz artırıb.

Trend bu barədə Mərkəzi Bankın puls siyasəti barədə hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, Azərbaycanın neft məhsulları ixracı 2,2 dəfə, təbii qaz ixracı 57,6 faiz artıb.

Hesabat dövründə Azərbaycan nefti və neft məhsullarının ixracının 46 faizi İtaliyanın payına düşür. İxracda İspaniya, İsrail və Xorvatiyanın payı hərəyə altı faiz, Hindistanın payı 5 faiz təşkil edib.

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan ixrac ümumilikdə 38,3 faiz, qeyri-neft ixracı 41,1 faiz artıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti