...

Azərbaycan təbii qaz ixracını artırıb

Energetika Materials 22 Noyabr 2021 14:32 (UTC +04:00)
Azərbaycan təbii qaz ixracını artırıb

Bakı. Ləman Zeynalova - Trend:

2020-ildə Azərbaycanın təbii qaz ixracı 2019-cu illə müqayisədə 13,4 faiz artaraq 13,4 milyard kubmetrə çatıb.

Trend bu barədə Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) illik statistik bülleteninə istinadən məlumat verir.

Bülletendə qeyd olunur ki, Azərbaycanın qaz ixracı 2011-ci ildə 6,29 milyard kubmetr, 2012-ci ildə 6,09 milyard kubmetr, 2013-cü ildə 7,68 milyard kubmetr, 2014-cü ildə 7,77 milyard kubmetr, 2015-ci ildə 7,32 milyard kubmetr, 2016-cı ildə 7,62 milyard kubmetr, 2017-ci ildə 8,86 milyard kubmetr, 2018-ci ildə 9,19 milyard kubmetr, 2019-cu ildə isə 11,81 milyard kubmetr təşkil edib.

Qeyd edək ki, Azərbaycanda 2020-ci ildə təsdiq olunmuş təbii qaz ehtiyatları 1,917 trilyon kubmetr, ümumi qaz hasilatı isə 35,34 milyard kubmetrə bərabər olub.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti