Bakı. Orxan Nəbiyev - Trend:
Avropa birjalarında təbii qaz qiymətləri kəskin bahalaşıb.
Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın min kubmetrinin qiyməti 1 400 dolları ötüb.
Son saatlarda təbii qazın mart fyuçersləri 1 414,5 dollar ətrafında alınıb-satılır.
Təbii qaz ötən günlə müqayisədə 35 faizə yaxın bahalaşıb.