...

Azərbaycan -Türkiyə enerji əməkdaşlığının inkişafı müzakirə edilib

Energetika Materials 13 Mart 2022 15:01 (UTC +04:00)

Bakı. Trend:

Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar ilə görüşüb.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə uzunillik Azərbaycan-Türkiyə enerji əməkdaşlığının hər iki ölkə üçün faydalarından məmnunluq ifadə edilib. TANAP layihəsinin Türkiyənin təbii qaz tələbatının ödənilməsinə töhfələri qeyd edilib. İğdır-Naxçıvan qaz boru kəməri layihəsi üzrə işlərin gedişatı nəzərdən keçirilib. Təbii qaz və elektrik enerjisi üzrə əməkdaşlığın inkişafı üçün imkanlar ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti