...

“Şahdəniz” yatağından hasil olunan qaz və kondensatın həcmi açıqlanıb

Energetika Materials 16 Aprel 2022 17:19 (UTC +04:00)
“Şahdəniz” yatağından hasil olunan qaz və kondensatın həcmi açıqlanıb

Bakı. Trend:

İstismar tarixindən bu il aprelin 1-dək “Şahdəniz” qaz və kondensat yatağından hasil olunan qaz və kondensatın həcmi açıqlanıb.

Trend-in məlumatına görə, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf feysbukda yazıb.

O bildirib ki, bu dövvrdə “Şahdəniz” yatağından 163,97 mlrd. kubmetr qaz, 36,94 mln. ton kondensat hasil edilib.

Bu ilin birinci rübündə isə yataqdan qaz hasilatı 6,44 mlrd. kubmetr, kondensat hasilatı isə 1,15 mln. ton olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti