...

Rusiya Bolqarıstana qaz nəqlini dayandırıb

Energetika Materials 27 Aprel 2022 06:46 (UTC +04:00)
Rusiya Bolqarıstana qaz nəqlini dayandırıb

Bakı. Trend:

Rusiyanın “Qazprom Export” şirkəti Bolqarıstana qaz nəqlinin dayandırıldığını rəsmən elan edib.

Trend-in məlumatına görə, bu barədə Bolqarıstanın Energetika Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, aprelin 27-dən etibarən Bolqarıstana təbii qaz tədarükü dayandırılır.

Bildirilib ki, Energetika Nazirliyi, “Bulqarqaz” və “Bulqartransqaz” qaz təchizatı və problemlərin həlli ilə bağlı alternativ yollar axtarır. Hazırda Bolqarıstanda qaz istehlakı ilə bağlı heç bir məhdudiyyət yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti