...

Rusiya Bolqarıstan və Polşaya qaz nəqlini dayandırdı, təbii qaz 21 faiz bahalaşdı

Energetika Materials 27 Aprel 2022 10:31 (UTC +04:00)
Rusiya Bolqarıstan və Polşaya qaz nəqlini dayandırdı, təbii qaz 21 faiz bahalaşdı
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın "Qazprom" şirkəti Bolqarıstan və Polşaya qaz nəqlini tamamilə dayandırıb.

Trend-in məlumatına görə, bu barədə "Qazprom"un bəyanatında deyilir.

Qeyd olunur ki, qərar "Bulgargaz" (Bolqarıstan) və PGNiG (Polşa) şirkətlərinin qaz tədarükü üçün ödənişləri rublla həyata keçirməməsi ilə əlaqədar verilib.

"Qazprom" aprelin 26-dək olan müddət ərzində ödənişlərin daxil olmadığını bildirib.

Eyni zamanda, Rusiya tərəfi bu ölkələrin ərazisindən digər ölkələrə tranzit qaz nəqlinin davam edəcəyini vurğulayıb.

Bu qərardan sonra Avropa birjalarında təbii qaz 21 faiz bahalaşaraq min kubmetr üçün 1 350 dollar həddini keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti