Bakı. Trend:
SOCAR-KBR birgə müəssisəsi "BP Exploration" şirkəti ilə "Şahdəniz Alfa" platforması üçün ilkin mühəndis layihələndirməsi, əsaslı təmir və tenderlərin müşayiəti üzrə xidmətlərlə bağlı müqavilə imzalayıb.
Trend bu barədə KBR-ə istinadən məlumat verir.
Qeyd olunur ki, bu layihə platformada parnik qazı tullantılarını azaldacaq və etibarlı, uzunmüddətli və əlçatan elektrik təchizatı təmin etməklə işin səmərəliliyini yüksəldəcək. SOCAR-KBR "Şahdəniz Alfa" platformasında beş əsas generatorun istismardan çıxarılması üçün ilkin layihələndirmə xidmətləri ilə bağlı məsuliyyət daşıyacaq. Daha sonra onlar "Şahdəniz Bravo" platformasından sualtı kabellər və ehtiya generator vasitəsilə enerji mənbəyi yaradacaq.
Bu layihə KBR-in London ofisi tərəfindən mütəxəssis dəstəyi ilə SOCAR-KBR-in Bakı ofisi tərəfindən reallaşdırılacaq
(Tərcümə: Orxan Nəbiyev)