...

IGB təbii qaz təchizatının şaxələndirilməsinə mühüm töhfə verir - Rumıniya Baş naziri

Energetika Materials 2 Oktyabr 2022 08:16 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) təbii qaz tədarükünün şaxələndirilməsinə mühüm töhfə verir.

Trend xəbər verir ki, bunu Rumıniyanın baş naziri Nikolae Çuka Sofiyada keçirilən IGB kommersiya təqdimat mərasimində çıxışı zamanı deyib.

“Bu, layihənin tərtibatçıları və onun bütün benefisiarları üçün bayram anı olsa da, biz realist qalmalıyıq və Avropanın Rusiyanın qalıq yanacaqlarından asılılığından qurtulması üçün mənbələrin və marşrutların şaxələndirilməsinin sürətləndirilməsinə ehtiyac olduğunu qəbul etməliyik”, – deyə N.Çuka bildirib.

O qeyd edib ki, regional əməkdaşlıq və birgə hazırlanmış həllər uğurun açarıdır.

"Şaquli dəhlizin tamamlanması belə həllərin bir hissəsidir, çünki o, Cənub Qaz Dəhlizi ilə BRUA-nı birləşdirərək qazın Mərkəzi və Şərqi Avropaya və Qərbi Balkanlara tranzitini asanlaşdıracaq. Bu, Xəzər dənizin qaz ehtiyatlarına, həmçinin Yunanıstanın şimalındakı LNG terminallarına çıxışı təmin edəcək” - deyə Rumıniyanın baş naziri əlavə etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti