...

SOCAR Azərbaycan yanacağını ilk dəfə Bolqarıstan ərazisindən Ukraynaya nəql edib

Energetika Materials 14 Oktyabr 2022 16:22 (UTC +04:00)
SOCAR Azərbaycan yanacağını ilk dəfə Bolqarıstan ərazisindən Ukraynaya nəql edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

"SOCAR Energy Ukraine" şirkəti Azərbaycan yanacağını ilk dəfə Bolqarıstan ərazisindən keçməklə Ukraynaya nəql edib.

Trend-in məlumatına görə, bunu cümə günü Ukraynanın "Teleqraf" nəşrinə müsahibədə SOCAR-ın Ukraynadakı pərakəndə biznes bölməsinin direktoru İqor Orlov deyib.

"Avropadan zəruri yanacaq həcmlərinin olmaması bizi alternativlər axtarmağa vadar etdi. Bu il biz ilk dəfə Azərbaycandan yanacağı Bolqarıstan ərazisindən keçməklə Ukraynaya gətirdik, bundan başqa, İtaliyadan da tədarük olub", - deyə o bildirib.

Daha əvvəl "SOCAR Energy Ukraine" şirkətindən Trend-ə bildirmişdilər ki, şirkət yüksək keyfiyyətli Avropa yanacağının tədarükünü davam etdirir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti