...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 11 Noyabr 2022 11:39 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 10-da 95,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,11 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 93,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,1 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 64,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 0,25 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 94,56 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,22 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti