...

Enagas TAP səhmlərinin əldə edilməsi üzrə sövdələşmənin dəyərini açıqlayıb

Energetika Materials 27 Yanvar 2023 17:20 (UTC +04:00)
Enagas TAP səhmlərinin əldə edilməsi üzrə sövdələşmənin dəyərini açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Adriatik boru kəməri konsorsiumunda Axpo şirkətinin Enagas ispan şirkəti tərəfindən 4 faizlik payının əldə edilməsi üzrə sövdələşmənin dəyəri 168 milyon avro təşkil edib.

Trend bu barədə Enagas şirkətinə istinadən xəbər verir.

Beləliklə, ispan şirkətinin TAP-da payı 16%-dən 20%-ə qalxıb.

"Bu sövdələşmə Enagas şirkətinə Avropada təhlükəsizliyin möhkəmləndirilməsi və dekarbonizasiyaya şərait yaradılması üzrə 2022-2030-cu illəri əhatə edən Strateji planın məqsədlərinə nail olmaqda kömək edəcək", - şirkətdən deyilib.

Axpo şirkətinin 5 faizlik payının 1 faizi isə Fluxys şirkəti tərəfindən əldə olunub.

Enagas şirkəri Axpo səhmlərinin satın alınması üzrə bu iki sövdələşmə sayəsində Avropa İttifaqının bu strateji infrastrukturunda sistemin avropalı operatorlarının rolunun gücləndiyini qeyd edib ki, bu da təhlükəsizliyin təmin olunmasında və dekarbonizasiya məqsədlərinə nail olmaqda irəliləyişə səbəb olur.

Qeyd edək ki, Axpo özünün Trans-Adriatik boru kəmərindəki 5 faizlik payını Fluxys и Enagas S.A. səhmdarlarına satır. Alqı-satqı müqaviləsinə əsasən Belçikanın Fluxys şirkəti Axpo səhmlərinin 1%-ni, ispaniyanın Enagás şirkəti isə 4%-ni əldə edəcək. Beləliklə, hər iki şirkət bp (20%), SOCAR (20%) və Snam (20%) şirkərlərinin də daxil olduğu TAP konsorsiumunda 20% səhm əldə edəcəklər", - şirkətin məlumatında deyilir.

Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edən TAP hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz tədarük edir.

2020-ci il dekabrın 31-i Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya tədarükü başlayıb. Azərbaycan tarixdə ilk dəfə TAP vasitəsilə öz təbii qazını Avropa bazarına nəql edib. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti