Bakı. Trend:
Rusiyanın “Qazprom” Publik Səhmdar Cəmiyyətinin şöbəsi olan "Qazprom" Qırğızıstan 2016-cı ildən etibarən ölkənin qaz sektorunun modernizasiyasına və bərpasına 30 milyard som (348 milyon dollar) investisiya qoyub.
Trend-in Qırğızıstan KİV-nə istinadən məlumatına görə, bu barədə "Qazprom" Qırğızıstanın direktor müavini Arzimat Aldayarov jurnalistlərə deyib.
Onun sözlərinə görə, son 8 ildə "Qazprom" Qırğızıstan ölkədə təbii qazın tədarükü və satışı ilə məşğuldur.
Ətraflı məlumatı buradan ala bilərsiniz.