...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 23 Fevral 2023 09:36 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb

Trend-i buradan izləyin

Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 22-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,94 dollar ucuzlaşaraq 82,4 dollar olub.

Trend bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,89 dollar ucuzlaşaraq 80,66 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,65 dollar ucuzlaşaraq 44,32 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti fevralın 22-də 1,75 dollar ucuzlaşaraq 80,25 dollar olub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti