Bakı. Trend:
Kommersiya məqsədilə istismara verildikdən etibarən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya 22 milyard kubmetr qaz nəql olunub.
Trend xəbər verir ki, bu barədə TAP-ın icraçı direktoru Luka Skyepatti Avropa Qaz Konfransında deyib.
"Biz Avropaya 22 milyard kubmetrdən çox qaz tədarük etmişik. Bazarın tələbatını qarşılamaq üçün biz 2022-ci ilin fevral ayının ortalarından etibarən tam yüklənməyə yaxın idik və qısamüddətli imkanları artırmaq üçün kommersiya məhsulları işləyib hazırlamışıq", - o deyib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.
Twitter: @Lyaman_Zeyn