...

Azərbaycanla ikitərəfli iqtisadi münasibətlərə daha müasir müddəalar əlavə etməliyik - Avrokomissiya (ÖZƏL)

Energetika Materials 3 Aprel 2023 09:45 (UTC +04:00)
Azərbaycanla ikitərəfli iqtisadi münasibətlərə daha müasir müddəalar əlavə etməliyik  - Avrokomissiya (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycanla ikitərəfli iqtisadi münasibətlərdə daha müasir qaydaların müəyyən edilməsinə ehtiyac duyur.

Bu barədə bazar ertəsi Trend-ə Avropa Komissiyasının rəsmi nümayəndəsi Miriam Qarsiya deyib.

"Aİ Azərbaycanın əsas ticari tərəfdaşıdır. Ölkənin əmtəə ticarətinin ümumi həcminin təqribən 44,8 faizi onun payına düşür ki, bu da Türkiyədən (13,7 faiz), Rusiyadan (8,8 faiz) və ya Çindən (5,3 faiz) yüksəkdir", - Qarsiya deyib.

O, Aİ ilə Azərbaycan arasında möhkəm ticarət əlaqələrinin qurulduğunu qeyd edib. İkitərəfli ticarətin ümumi həcmi 2022-ci ildə 2021-ci illə müqayisədə 120 faizdən çox artaraq təqribən 15 milyarddan 33 milyard avroya çatıb.

"Lakin artım əsasən enerji daşıyıcıları sferasında baş verib. Aİ ilə Azərbaycan arasında ticarət potensialının böyük hissəsinin reallaşdırılması hələ qarşıdadır.

Bunun üçün biz ikitərəfli sazişi yeniləyərək iqtisadi münasibətlərə daha müasir müddəalar əlavə etməliyik. Düşünürük ki, bu müddəalar dövlət satınalmaları, xidmətlər, rəqabət, energetika və xammal, habelə ticarət və dayanıqlı inkişafa dair qaydaları əhatə etməlidir. Bu, tərəflər arasında daha dərin qarşılıqlı əlaqələrin, habelə ticari və investisiya axınlarının diversifikasiyasının və intensivləşdirilməsinin əsasını təşkil edə bilərdi", - Avropa Komissiyasının nümayəndəsi aydınlıq gətirib.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti