...

TEİAŞ şirkətinin enerji sahəsi üzrə Türkiyədə həyata keçirəcəyi layihələrin sayı açıqlanıb

Energetika Materials 20 Aprel 2023 09:59 (UTC +04:00)
TEİAŞ şirkətinin enerji sahəsi üzrə Türkiyədə həyata keçirəcəyi layihələrin sayı açıqlanıb

Bakı. Trend:

2023-cü ildə Türkiyənin TEİAŞ GN. MD. şirkəti enerji sahəsi üzrə ölkədə 55 layihə həyata keçirəcək.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd olunub ki, dövlət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrin ümumi dəyəri 17,1 milyard lirədir.

“Bu il həyata keçirilməsi nəzərdə tutulan layihələrin bir qismi xarici kredit vəsaiti ilə reallaşdırılacaq. Xarici kreditin ümumi məbləği 2,2 milyard lirədir” – deyə nazirlikdən bildirilib. Qeyd edək ki, 2023-cü ildə Türkiyədə energetika sahəsində 150 layihə həyata keçiriləcək.

Nazirlikdən qeyd olunub ki, həyata keçirilməsi nəzərdə tutulan layihələrin ümumi dəyəri, 44,6 milyard lirədir.

Bu il həyata keçirilməsi nəzərdə tutulan layihələrin bir qismi xarici kredit vəsaiti ilə reallaşdırılacaq. Xarici kreditin ümumi məbləği 8,1 milyard lirədir.

Qeyd olunub ki, keçən il Türkiyədə energetika layihələrinə ümimilikdə 297,1 milyard lirə dəyərində vəsait ayırılıb ki, bunlardan 76,8 milayrd lirə xarici kreditdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti