...

Naxçıvanda yaxın vaxtlarda alternativ enerji üzrə layihənin reallaşdırılması planlaşdırılır

Energetika Materials 1 İyun 2023 09:57 (UTC +04:00)
Naxçıvanda yaxın vaxtlarda alternativ enerji üzrə layihənin reallaşdırılması planlaşdırılır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın vaxtlarda Naxçıvanda da alternativ enerji layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Trend -in məlumatına görə, bunu bu gün Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakı Enerji Həftəsi çərçivəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti bərpa olunan enerji mənbələrini fəal şəkildə inkişaf etdirir.

"Azərbaycan özəl sektoru, xüsusən də xarici oyunçuları bu sektora cəlb etməyi qarşısına məqsəd qoyub. Ölkəmiz bərpa olunan enerji sahəsində böyük potensiala malikdir. Bu gün biz 1800 MVt gücündə layihə üzərində işləyirik və nəzərinizə çatdırmaq istəyirəm ki, layihə özəl sektorla əməkdaşlıq çərçivəsində həyata keçirilir”, - deyə o bildirib.

Bundan əlavə, nazir bildirib ki, Naxçıvanda bərpa olunan enerji layihələri var ki, onların da yaxın vaxtlarda həyata keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti