...

Azərbaycan bp-nin ümumi strategiyasının təqdimatının yaxşı nümunəsidir - Qəri Cons

Energetika Materials 1 İyun 2023 13:39 (UTC +04:00)
Azərbaycan bp-nin ümumi strategiyasının təqdimatının yaxşı nümunəsidir - Qəri Cons
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan bp-nin ümumi strategiyasının təqdimatının yaxşı nümunəsidir.

Trend -in məlumatına görə, bunu cümə axşamı bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons Bakı Enerji Həftəsində deyib.

Onun sözlərinə görə, bp Azərbaycanda 30 ildir ki, neft-qaz layihələrinin və bərpa olunan enerji sahəsində layihələrin innovativ inkişafına sərmayə qoyur.

"Bizim ən son innovasiya layihələrimizdən biri bp tərəfindən tətbiq edilən ən son innovasiyaları və texnologiyaları özündə cəmləşdirən ACE platformasıdır", - Q.Cons bildirib.

O bildirib ki, ACE platforması Azərbaycandan olan mütəxəssislər tərəfindən tikilib.

"Onun unikallığı platformanın uzaqdan idarə olunmasıdır. Digər layihəmiz "Şahdəniz" qazın şaxələndirilməsi üçün yaxşı platformadır. Biz platformalarımızdan karbon emissiyalarını və dizel yanacağının istifadəsini azaltmağı planlaşdırırıq. Bu layihələrlə yanaşı, biz bərpaolunan enerji sektoruna keçirik”, - deyə o bildirib.

Q.Cons bildirib ki, bp azad edilmiş ərazilərin yaşıl texnologiyaya əsaslanan inkişafı məqsədlərinə nail olunmasına və yaşıl zonanın yaradılmasına töhfə verməyə hazırdır.

"Bunun bariz nümunəsi Cəbrayılda günəş elektrik stansiyasının tikintisidir ki, bu da Səngəçal terminalına yaşıl enerji ixrac edəcək və bu da öz növbəsində qaz istehlakına qənaət edəcək. Bu qənaət olunan həcmlər SGC vasitəsilə Avropaya ixrac ediləcək", - əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti