...

S&P Azərbaycanda avqust ayı ərzində neft hasilatı üzrə məlumatları açıqlayıb

Energetika Materials 13 Sentyabr 2023 12:21 (UTC +04:00)
S&P Azərbaycanda avqust ayı ərzində neft hasilatı üzrə məlumatları açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

"S&P Global Platts"ın qiymətləndirmələrinə görə, Azərbaycanda avqust ayı ərzində neft hasilatının həcmi iyul ayından etibarən dəyişməz qalaraq gündəlik 500 min barel olub.

Trend-in xəbərinə görə, qeyd olunub ki, ölkənin gündəlik xam neft hasilatı üzrə kvotası 684 min bareldir.

Beləliklə, Azərbaycanda qeyd olunan dövrdə müəyyən edilən kvotadan 184 min barel az neft hasil olunub.

"S&P"nin məlumatlarına görə, OPEC+ ölkələrinin xam neft hasilatı avqust ayında 120 min barel artıb. "Belə ki, İranda, İraqda və Nigeriyada hasilatın artması Səudiyyə Ərəbistanı və Rusiyada hasilatın azalmasını yetərincə kompensasiya edib".

Qeyd edək ki, Azərbaycanda neft hasilatının 65 faizdən çoxu "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun payına düşür.

Azərbaycanın təsdiqlənmiş neft ehtiyatları 2021-ci illə müqayisədə dəyişməz qalaraq 2022-ci ildə 7 milyard barel olaraq qiymətləndirilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti