...

Azərbaycan və Çexiya Anlaşma Memorandumu imzalayıb (FOTO)

Energetika Materials 29 Sentyabr 2023 18:43 (UTC +04:00)
Azərbaycan və Çexiya Anlaşma Memorandumu imzalayıb (FOTO)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Naxçıvan. Trend:

Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri (BEM) Dövlət Agentliyi və Çexiyanın "A-Z Czech Engineering" şirkəti bərpa olunan enerji mənbələri sahəsində Anlaşma Memorandumu imzalayıb.

Trend cümə günü xəbər verir ki, sənəd Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və "A-Z Czech Engineering" şirkətinin direktoru Milan Pavliçek tərəfindən imzalanıb.

Sənəd Azərbaycan ərazisində BEM sahəsində layihələrin icrasına, xüsusə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında 500 meqavatadək günəş elektrik stansiyasının tikintisinə, həmçinin Türkiyəyə elektrik enerjisi ixracının artırılmasına yönəlib.

Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, ikinci Forum isə 2022-ci il 5-6 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti