...

STAR NEZ nafta istehsalını artırıb

Energetika Materials 29 Dekabr 2023 16:47 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu (NEZ) nafta istehsalını artırıb.

Trend bu barədə Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadən xəbər verir.

Məlumata görə, bu ilin oktyabr ayında zavod 122 min 742 ton nafta istehsal edib, 2022-ci ilin analoji dövründə isə bu göstərici 121 min 931 ton olub.

Beləliklə, NEZ nafta istehsalını 0,7 faiz artırıb.

Qeyd edək ki, SOCAR Türkiye STAR NEZ-də 2023-cü ildə 12 milyon tondan çox neft emal etməyi planlaşdırır. Neft-kimya məhsullarının istehsalında Qara dəniz regionu, Afrika ölkələri və bir sıra digər ölkələrdən xam neftdən istifadə olunur.

STAR NEZ 2018-ci ilin oktyabrında işə salınıb.

Zavod gündəlik 214 min barel xam neft emal etmək gücündədir.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti