...

Azərbaycanın Avropaya qaz ixracının həcmi AÇIQLANIB

Energetika Materials 12 Mart 2024 10:19 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Avropaya 2,1 milyard kubmetr qaz ixrac olunub.

Trend xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında bildirib.

Məlumata görə, bu il ərzində Türkiyəyə 1,4 milyard kubmetr, Gürcüstana isə 0,6 milyard kubmetr qaz ixrac olunub.

Bundan başqa, bu dövr ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 0,8 milyard kubmetr qaz nəql edilib.

Qeyd edək ki, Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başladıb. TAP dəhlizinin ilkin buraxılış gücü 10 milyard kubmetr qaz təşkil edir. 2022-ci ilin iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin 2027-ci ilədək 20 milyard kubmetrədək artırılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalayıblar.

Xəbər lenti

Xəbər lenti