...

Azərbaycan və Qazaxıstan arasında “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” məsələsi müzakirə edilib

Energetika Materials 6 Noyabr 2024 17:10 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan arasında “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” məsələsi müzakirə edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Qazaxıstanın energetika nazirləri İtaliyada “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” məsələsini müzakirə ediblər.

Trend xəbər verir ki, bu barədə Energetika Nazirliyi məəlumat yayıb.

Bildirilib ki, Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev ilə görüşdə isə iki ölkənin enerji əməkdaşlığının aktual məsələləri, “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” və COP çərçivəsində keçirilən tədbirlərlə bağlı müzakirələr aparılıb.

COP zamanı imzalanması planlaşdırılan “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”, üç ölkənin enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə görülən işlər, o cümlədən, Bakıda Birgə Müəssisənin yaradılması, milli enerji şirkətlərinin Birgə Müəssisədə iştirak paylarının müəyyənləşdirilməsi və layihənin texniki-iqtisadi əsaslandırmasından irəli gələn məsələlər nəzərdən keçirilib.

Həmçinin Qazaxıstanın nüvə enerjisi sahəsində fəaliyyətinə və bu xüsusda təcrübə mübadiləsi üzrə əməkdaşlığa dair fikir mübadiləsi edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti