...

Azərbaycan neftinin həftəlik qiyməti - İCMAL

Energetika Materials 15 Fevral 2025 12:15 (UTC +04:00)
Azərbaycan neftinin həftəlik qiyməti - İCMAL
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu həftə “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan” və “Dated Brent” markalı xam neftin orta qiymətində artım, “Urals” (EX NOVO) markalı xam neftin orta qiymətində isə azalma qeydə alınıb.

Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti ötən həftə ilə müqayisədə 0,25 ABŞ dolları və ya 0,32% artaraq 77,59 dollar/barel təşkil edib.

Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 78,98 dollar/barel, minimum isə 76,61 dollar/barel təşkil edib.

Bu həftə Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 76,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,04 ABŞ dolları və ya 0,05% çoxdur. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 77,54 dollar/barel, minimum isə 75,13 dollar/barel olub.

URALS markalı xam neftin orta qiyməti ötən həftə ilə müqayisədə 0,38 ABŞ dolları və ya 0,62% azalaraq 60,79 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 62,00 dollar/barel, minimum isə 59,87 dollar/barel təşkil edib.

“Dated Brent” markalı neftin orta qiyməti 0,43 dollar və ya 0.57% bahalaşaraq 75,8 dollar/barelə bərabər olub. Bu həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 77,03 dollar/barel, minimum isə 74,87 dollar/barel təşkil edib.

Neftin növü / tarix

10.02.2025

11.02.2025

12.02.2025

13.02.2025

14.02.2025

Orta qiymət

Azeri LT CIF

$77,87

$78,98

$77,64

$76,85

$76,61

$77,59

Azeri Light FOB Ceyhan

$76,51

$77,54

$76,17

$75,39

$75,13

$76,15

Urals (EX NOVO)

$61,04

$62,00

$60,91

$60,13

$59,87

$60,79

Dated Brent

$76,13

$77,03

$75,85

$75,12

$74,87

$75,8

Məqalədə:
Xəbər lenti

Xəbər lenti