Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycandan 410 min ABŞ dolları dəyərində 3,9 min ton neft koksu ixrac edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ildəki göstəricilərlə müqayisədə dəyər baxımından 839 min ABŞ dolları və ya 67,2%, həcm ifadəsində isə 16,6 min ton 80,9% azdır.
Dövr ərzində neft kokosu ixracı Azərbaycanın ümumi ixracının 0,01%-ni təşkil edib.
Həmçinin ötən il Azərbaycandan 8 min ABŞ dolları dəyərində 47 ton neft bitumu ixrac olunub. Ötən ilin eyni dövründə bu məhsul üzrə statistik göstərici qeydə alınmayıb.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycandan 1,9 milyard ABŞ dolları dəyərində 3,5 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyard ABŞ dolları və ya 2,2 dəfə, həcm ifadəsində isə 2 milyon ton və ya 2,4 dəfə çoxdur.
Bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac 2025-ci ilin yanvar ayının ixracına nisbətən 62.63% paya malik olub.