Bakı. Trend:
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan Avropa, Türkiyə və Gürcüstana ixrac olunan qazın həcmi məlum olub.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.
"Yanvar-fevral aylarında təxminən Avropaya 1.9 mlrd.m3, Türkiyəyə 1.4 mlrd.m3, Gürcüstana isə 0,5 mlrd.m3 qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 0,9 mlrd.m3 qaz nəql edilib", - deyə paylaşımda qeyd olunub.