...

Azərbaycanda neft bitumu və neft koksu istehsalı azalıb

Energetika Materials 17 May 2025 14:50 (UTC +04:00)
Azərbaycanda neft bitumu və neft koksu istehsalı azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 49,2 min ton neft bitumu istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,3 min ton və ya 30,2% azdır.

Belə ki, ötən ilin yanvar-mart aylarında ölkədə 70,5 min ton neft bitumu istehsal edilmişdi.

Bu ilin mayın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 3,9 min ton təşkil edib.

Eyni zamanda cari ilin yanvar-aprel aylarında Azərbaycanda 63,9 min ton neft koksu istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,4 min ton və ya 19,4% azdır.

Ötən ilin yanvar-aprel aylarında ölkədə 79,3 min ton neft koksu istehsal edilmişdi.

Cari ilin mayın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 34,5 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1607,0 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti