...

“Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformaları üzrə hasilatın həcmi açıqlanıb

Energetika Materials 7 Avqust 2025 13:48 (UTC +04:00)
“Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformaları üzrə hasilatın həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci yarımildə “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

Trend bp-yə istinadən xəbər verir ki, cari ilin ilk altı ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 14 milyard standart kubmetr qaz və təxminən 2 milyon ton (təqribən 16 milyon barel) kondensat hasil edilib.

Məlumata əsasən, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə, demək olar ki, eyni səviyyədə qalıb.

Qeyd edilib ki, mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 77,2 milyon (ildə təqribən 28,2 milyard) standart kubmetrdir.

Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO (10,00%), MVM (5,00%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti