...

BARMEK AZERBAYCAN 2005-2020 –Cİ İLLƏR ÜZRƏ BAKININ ELEKTRİK ENERJİSİNİN İNKİŞAFI PLANINI HAZIRLAYIB

Energetika Materials 29 İyun 2005 17:18 (UTC +04:00)

Barmek Azerbaycan (Bakı və Sumqayıt şəhərlərinə enerjipaylayıcı şəbəkənin operatoru) 2005-2020-ci illər ərzində Bakının elektrik enerjisinin inkişafı planını hazırlayıb. Bu barədə Trend ə iyunun 29-da şirkətin baş meneceri Çingiz İbadov məlumat verib.

Onun sözlərinə görə, bu sənədin hazırlanması üçün xüsusi komissiya yaradılıb. Hazırda sənəd üzərində tamamlayıcı işlər aparılır ki, bundan sonra sənəd ölkə hökumətinə təqdim ediləcək.

"Planda yeni yüksəkgərginlikli yarımstansiyaların, elektrik ötürücüsü xəttlərinin və digər elektrik avadanlıqlarının tikintsi və quraşdırılması, onların yerləşəcəyi nöqtələr müəyyən edilib ", - deyə Ç.İbadov bildirib.

Barmek Azerbaycan əsas diqqəti Abşeron yarımadasına yönəltmək niyyətindədir. "Qaradağ, Əzizbəyov rayonlarında bir neçə 110-35 kV -luq yarımstansiyaların tikilməsi nəzərdə tutulub ", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti