...

İYUNDA AZƏRNEFTYAĞ NEZ NEFT MƏHSULLARININ İXRACINI MAY AYI İLƏ MÜQAYİSƏDƏ 96 MİN TON ARTIRIB

Energetika Materials 4 İyul 2005 19:58 (UTC +04:00)

2005-ci ilin iyununda Azərneftyağ neft emalı zavodu (NEZ) 227,8 min ton müxtəlif neft məhsulları ixrac edib.Bu barədə Trend agentliyinə zavodun daxil olduğu ARDNŞ-də bildirilib.Bu neft məhsulları $71,5 mln dəyərində həyata keçirilib. May ayının göstəricisi ilə müqayisədə bu, 96045,8 ton və $ 30,3 mln çoxdur.

Neft məhsullarının ümumi həcmindən dizel yanacağının payına 74035,2 ton, bitum - 2640,5 ton, mühərrik yanacağı DT - 5541,1 ton, mazut M-40 - 144 225,2 ton düşür.Bununla yanaşı, müxtəlif markalı - sənaye yağı İ-8A -1000 ton, AK15 yağı - 59,3 ton, transformator yağı T-1500 - 176,3 ton və s. İxrac edilib.

Yanvar- iyun aylarında Azərneftyağ Nez-in neft məhsullarının cədvəli belədir:

Ad Yanvar-iyun 2005 q. +/- yanvar-iyun 2004 -cü il iyun 2005-ci il +/- may 2005-ci il
Dizel yanacağı 400,8 -21,9 74 3,8
Mazut 198,3 62,8 144,2 90,2
Bitum 13,7 8,4 2,6 -1,1
Sürtkü yağları 9,6 7,6 1,2 0,3
Naft -33,5
Digər neft məhsulları 20,2 9,4 5,5 3,3
Cəmi 642,5 27,1 227,8 96,1

Xəbər lenti

Xəbər lenti