...

ARDNŞ ÖZ NEFT VƏ QAZ OBYEKTLƏRİNDƏ YOXLAMALARA BAŞLAYIB

Energetika Materials 6 İyul 2005 14:30 (UTC +04:00)

Dövlət Neft Şirkəti (ARDNŞ) öz neft və qaz oöyektlərində təhlükəsizlik baxımından yoxlamaların keçirilməsinə başlayıb. Bu barədə Trend ə ARDNŞ-dən məlumat veriblər.

"Bu işlərin aparılması üçün ARDNŞ-in, DİN yanında yanğın təhlükəsizliyi üzrə idarənin mütəxəssislərinin və digərlərinin daxil olduğu xüsusi komissiya yaradılıb. Yoxlamalarda məqsəd obyektlərdə təhlükəsizlik tədbirlərinin vəziyyətinin, yanğın təhlükəsizliyi qaydalarına riayət olunması, gözlənilməz vəziyyətlərə hazır olmaq və s. öyrənilməsindən ibarətdir".

Hazırda yoxlamalar Dübəndi terminalının ARDNŞ-ə məxsus olan hissəsində aparılır. Yoxlamalar həmçinin, "Azneft"də İstehsalat Birliyinin balansında olan Neft-qaz Çıxarma İdarəsində (NQÇİ), terminallarda, dəniz stasionar platformalarında və digər mühüm obyektlərdə aparılacaq.

Xəbər lenti

Xəbər lenti