...

"QAZEKSPORT" AZƏRBAYCANA QAZIN TƏDARÜKÜNÜ ARTIRIB

Energetika Materials 2 Avqust 2005 16:40 (UTC +04:00)

2005-ci ilin yanvar-iyul aylarında "Qazeksport" MMC ("Qazprom" ASC-nin törəmə strukturu) Azərbaycana 2,95 mlrd m3 qaz tədarük edib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 185 mln m3 çoxdur. Bu barədə Trend ə Azəriqaz QSC-dən bildirilib.

Azəriqaz nümayəndəsinin sözlərinə görə, iyulda "Qazeksport" Azərbaycana 350,6 mln m3 qaz tədarük edib, bu isə 2005-ci ilin iyun ayı ilə müqayisədə 16,5 mln m3 az, 2004-cü ilin iyul ayı ilə müqayisədə isə 284,4 mln m3 çoxdur.

Cari ildə AR DNŞ "Qazeksport"dan 1 m3 $60 olan 6 mlrd m3 qaz almağı planlaşdırır. Təbii qaz ölkəyə Şirvanovka-QazıMəhəmməd boru kəməri ilə verilir.

"Avqustda "Qazeksport"un Azərbaycana 279 mln m3 qaz tədarük edəcəyi ehtimal olunur", - deyə Azəriqazda bildiriblər.

Xəbər lenti

Xəbər lenti