...

GÜRCÜSTAN NEFT MƏHSULLARI İDXALATÇILARI AZƏRBAYCAN NEZ-NİN TEXNİKİ TƏCHİZATININ BAŞA ÇATDIRILMASINI GÖZLƏMƏYİ TƏKLİF EDİR

Energetika Materials 8 Avqust 2005 15:56 (UTC +04:00)

(İA "Novosti - Qruziya") - Gürcüstan neft məhsulları istehsalçıları, idxalatçıları və istehlakçıları Birliyi Azərbaycanın bundan sonra da Gürcüstana avtomobil yanacağının əsas tədarükçüsü olması naminə çıxış edir.

Birlik bu bəyanatı Azərbaycanın 2006-cı il yanvarın 1-dən- Gürcüstana daxil olma müddətindən - Avropa standartlarına uyğun benzinin buraxılışını çatdıra bilməyəcəyi və Gürcüstana bu yanacağın yeni tədarükçüsünü axtarmağın vacibliyi barədə KİV-də yayılan məlumatla bağlı bildirib.

Gürcüstana yeni keyfiyyət standartlı benzinin 2005-ci il yanvarın gətirilməsi planlaşdırılırdı.

Yeni standartlara əsasən, benzində qurğuşunun tərkibi 0,005 q/kub dm, kükürd - 150 mq/kq, aromatik karbo-hidrogen - 42%, benzol - 1%-dən çox olmamalıdır.

Neft məhsullarının istehsalçıları, idxalatçıları və istehhlakçıları Birliyinin başçısı Vano Mtvralaşvili bəyan edib ki, təxminən bir il əvvəl ARDNŞ Gürcüstan tərəfini inandırıb ki, 2005-ci ilin üçüncü rübündən başlayaraq beynəlxalq keyfiyyət standartlarına uyğun olan benzin buraxa bilər.

Vano Mtvralaşvili hesab edir ki, əgər Azərbaycan müəyyən edilmiş vaxtadək neft emalı zavodlarının texniki təchizatını başa çatdıra bilməsə belə, yeni tədarükçülər axtarmaqdansa, bir neçə ay bu prosesin bitməsini gözləmək daha məqsədəuyğun olardı, belə ki, bu gün Gürcüstanda tələbat olan benzinin təxminən 90%-i Azərnbaycanda istehsal olunur.

Onun fikrincə, əgər Gürcüstan benzini neft məhsullarının beynəlxalq standartlara müvafiq olduğu İtaliya, İspaniya kimi ölkələrdən idxal etməyə başlasa, onda bu, ölkədə "dəhşətli bahalaşma"ya səbəb olar.Rumıniyadan və Bolqarıstandan da benzin almağın da mənası yoxdur, çünki həmin benzin Azərbaycanda istehsal olunan yanacaqdan daha da bahadır, keyfiyyəti isə, demək olar ki, eynidir.

"Qüvvədə olan Gürcüstan-Azərbaycan razılaşmasına əsasən, Azərbaycan Gürcüstana güzəştli qiymətlərlə dünyada nəzərdə tutulmuş qiymətlərdən 12% aşağı tədarük edir" -deyə Vano Mtvralaşvili qeyd edib.

Onun sözlərinə görə, bu vaxtadək Birliyin nümayəndə heyəti Azərbaycana səfərə getməyi, ARDNŞ rəhbəri Natiq liyevlə görüşməyi və benzin istehsal edən müəssisələrin texniki təchizatının gedişi ilə tanış olmağı planlaşdırır.

Vano Mtvralaşvili əmin olduğunu bildirib ki, yeni keyfiyyət standartlı benzinin Gürcüstana gətirilməsi kontrabanda benzininin artımına səbəb olmayacaq.Onun sözlərinə görə, kontrabanda benzininin göstəricisi hazırda minimuma endirilib. O, bu əminliyin əsas səbəbini Gürcüstan maliyyə polisinin və gömrük departamentinin keyfiyyətli işi ilə əlaqələndirdi.

Xəbər lenti

Xəbər lenti