...

MƏCİD KƏRİMOVUN OKTYABRDA HİNDİSTANA SƏFƏRİ GÖZLƏNİLİR

Energetika Materials 19 Sentyabr 2005 13:00 (UTC +04:00)

Oktyabrın 21-də Hindistanda Qafqaz və Mərkəzi Asiya neft istehsalçılarının və Asiya-Çin, Hindistan, Cənubi Koreya və Yaponiyanın 4 ən böyük istehlakçısının görüşü keçiriləcək.

Trend agentliyinin məlumatına görə, görüşdə Azərbaycanı sənaye və energetika naziri Məcid Kərimovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

Görüşdə Asiya Neft Birliyi təsis olunacaq. Birliyini yaradılmasında məqsəd əlverişli qiymətlərlə sabit energetika təminatıdır.

Rusiya, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Azərbaycandan olan nazirlər Yeni Dehli şəhərində dörd ən böyük neft istehlaksıçı olan öz həmkarları ilə enerji ehtiyatlarının satışı və nəql olunması məsələlərini müzakirə edəcəklər.

Bu ilin yanvarında analoji görüş Səudiyyə Ərəbistanı, İran, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Qətərdən olan neft istehsalçıları ilə Çin, Cənubi Koreya, Hindistan və Yaponiyadan olan nazirlərlə keçirilmişdi.

Xəbər lenti

Xəbər lenti