...

SIEMENS BİR NEÇƏ YARIMSTANSİYANI REABİLİTASİYA ETMƏK NİYYƏTİNDƏDİR

Energetika Materials 23 Sentyabr 2005 17:32 (UTC +04:00)

Almaniyanın Siemens şirkəti bu ölkənin KfW bankının krediti ilə həyata keçirilən "Ötürücü sistemlərin reabilitasiyası proqramı" layihəsi çərçivəsində işləri ilin sonuna kimi başa çatdırmaq niyyətindədir. Bu barədə şirkətin Azərbaycandakı nümayəndəliyinin baş direktoru və rəhbəri Samir Axundov Trend ə ekzkluziv məlumat verib.

Onun sözlərinə görə, hazırda işlər "İmişli", "Yevlax", "Yaşma", "Xırdalan", "Maştağa", "Binəqədi" və digər yarımstansiyalarda aparılır.

"Burada əsas etibarilə açarlar yeniləri ilə əvəz edilir, əlaqə, mühafizə sistemlərin quraşdırılır və yarımstansiyaların etibarlılığını təmin etmək üçün digər işlər görülür. "Binəqədi" yarımstansiyasında işlər qış mövsümünə kimi davam etdiriləcək və bundan sonra o enerji stseminə qoşulacaq. Bu stansiyanın reabilitasiyası baharda bərpa ediləcək ", - deyə S.Axundov bildirib.

O qeyd edib ki, layihənin reallaşdırılması 2006-cı il sentyabrın 5-də başa çatdırılacaq. Layihə "Azərbaycanın yanacaq-energetika kompleksinin inkişafı üzrə (2005-2015-ci illər) Dövlət proqramı" əsasında həyata keçirilir.

Layihə Almanyianın inkişaf bankı KfW -nin təqdim eğdiy vəsit hesabına maliyyələşdirilir. Bank tərəfindən həmin layihə üçün 12 milyon avro vəsait ayrılıb. S.Axundovun sözlərinə görə, göstərilən həcmdən artıq 7-8 miyon avro xərclənib.

Xəbər lenti

Xəbər lenti