...

DÖVLƏT NEFT ŞİRKƏTİNİN QAZMA İDARƏLƏRİ 37 QUYUDA QAZMA İŞLƏRİ APARIR

Energetika Materials 8 Oktyabr 2005 12:48 (UTC +04:00)

Hazırda Azneft ARDNŞ İstehsalat Birliyinin balansında olan qazma idarələri quruda və dənizdəki müxtəlif neft yataqlarındakı 37 quyuda qazma işləriaparırlar.

ARDNŞ-dən Trend ə verilən məlumata görə, göstərilən quyulardan 3-ü kəşfiyyat, digərləri isə istismar quyusudur. ARDNŞ cari ildə qazma işləri həyata keçirməyi və 80 quyunu istismara verməyi planlaşdırır. Bunlar əsas etibarilə neft quyuları olacaq. Yeni quyuların qazılmasında məqsəd neft və qaz hasilatının sabitləşdirməyə yardım etməkdir.

Hazırda istismar quyuluranın qazılması Günəşli, Hövsan, Qum-dəniz, Bahar, Palçıq pilpiləsi, Gürgan dəniz, Bulla dəniz, 8 mart, Ələt dəniz, Bibiheybət, Balaxanı, Lökbatan, Kalmaz, Qaradağ, Suraxanı, Quşxana, Siyəzən-Nardaran və digər kimi yataqlarda aparılır. Həmçinin, yeni quyuların qazılması Darvin Bankası rayonunda da aparılır. Kəşfiyyat quyuları Şurabadda, Şimali Naftalanda, Qərbi Abşeronda aparılır.

ARDNŞ-dən bildiriblər ki, ilin əvvəlindən ARDNŞ-in balansında olan Neft-Qaz Hasilatı İdarələri (HQHİ) tərəfindən 50-dən artıq yeni quyu istismara verilib ki, həmin quyulardan 5-i plan göstəricisindən artıqdır.

Xəbər lenti

Xəbər lenti