...

ARDNŞ ən iri yataqda platformalardan birini genişləndirmək istəyir

Energetika Materials 15 Dekabr 2005 17:40 (UTC +04:00)

ARDNŞ öz xüsusi vəsaitləri hesağına karbohidrogen hasil etdiyi "Günəşli" yatağının azsulu hissəsində quraşdırılmış QMSP N12 dərinsulu dəniz stasionar platformasını genişləndirmək niyyətindədir. Bu barədə Trend ə ARDNŞ-də bildirilib.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, layihə "Dövlət neft-qaz layihələri" institutu tərəfindən hazırlanır. "Platformada daha bir özülün quraşdırılması nəzərdə tutulur ki, bu da burada təxminən 12 quyunun qazılmasına imkan verəcək" -deyə o qeyd edib.

ARDNŞ nümayəndəsi bildirib ki, layihə gerçəkləşdiriləndə texniki problemlər yarana bilər. "Hazırda biz suyun 135 metr dərinliyində hidrotexniki təchizatın quraşdırılması imkanlarına dair araşdırma aparırıq, platforma isə suyun 120 metr dərinliyində işləmək üçün nəzərdə tutulub" -deyə o bildirib. "Günəşli" yatağının azsulu hissəsinin işlənib-hazırlanması 1980-ci ildən aparlır. Yataq Abşeron yarımadasının cənub-şərqində yerləşir, Azərbaycan neft hasilatını 65%-dək və ölkənin dəniz hasilatının 83%-ni təmin edir. ARDNŞ burada neft ehtiyatı hasilatının qiymətləndirilməsini 180 mln. tonadək artırıb.

Xəbər lenti

Xəbər lenti