...

Azərneftyağ NEZ qurğuların təmiri üzrə tender prosedurunun müddətini uzadıb

Energetika Materials 21 Dekabr 2005 13:07 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin tərkibinə daxil olan Azərneftyağ NEZ neftin ilkin emalı üzrə 202 və 305 saylı ELOU-A və VT-2, həmçinin, bitum istehsalı üzrə 401 saylı Bituroks qurğuları üçün avadanlıq və ehtiyat hisslərinin alınması üzrə tenderin müddətini 21 təqvim günü uzadıb. Bu barədə Trend ə NEZ-dən məlumat verilib.

Buna səbəb şirkətlərin tenderə fəal maraq göstərməməsidir.

İndiyə qədər yalnız bir Almaniya şirkəti tender təklifləri irəli sürüb. "Bu, avadanlıqların satınalınması üzrə ikinci tenderdir. 1-ci tender iştirakçıların sayının az olması ilə əlaqədar keçirilmədi. İndiki tender noyabrın 18-də elan olunub, tender təklifləri paketləri isə dekabrın 28-də açılacaq. Bunun üçün ən azı 3 şirkət tərəfindən təkliflər verilməlidir. Bununla əlaqədar biz müddəti uzatmaq qərarına gəlmişik", - deyə Azərneftyağdan qeyd edilib.

Potensial iştirakçılar tender təkliflərini NEZ-ə 2006-cı il yanvarın 18-nə kimi təqdim edə bilər.

Paketlər yanvarın 19-da NEZ-də açılacaq.

Xəbər lenti

Xəbər lenti