...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 2 Fevral 2006 11:37 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, fevralın 1-də bir barel AZERI LT CIF neftinin qiyməti $65,75 təşkil edib ki, bu da əvvəlki qiymətə nisbətən $0,31 çoxdur. Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

Fevralın 1-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $58,61 təşkil edib ki, bu da əvvəlki qiymətlə müqayisədə $0,24 çoxdur. URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8% təşkil edir.

Fevralın 1-də bir barel Brent (DTD) neftinin qiyməti $65,61 təşkil edib ki, bu da əvvəlki qiymətlə müqayisədə $0,57 çoxdur. DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

AZERI LT CIF məzənnəsi, Aralıq dənizi limanlarına çatdırılma xərcləri də daxil olmaqla, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) səhmdarları tərəfindən Gürcüstanın Supsa terminalında yüklənən Azərbaycan neftinin dəyərini əks etdirir. URAL (EX-NOIO) məzənnəsi Rusiyanın Novorossiysk terminalında yola salınan neftin dəyərini əks etdirir.

Avropa bazarında işləyən treyderlər Trend ə bildirib ki, hazırda Novorossiysk limanından Auqustaya neftin və tünd rəngli neft məhsullarının nəqli üçün 135 min ton tutumlu gəmi fraxtının dərəcəsi 10% azalaraq ws 200 bənd təşkil edir. 80 min ton tutumlu gəmilər üçün analoji dərəcə 15% azalaraq ws 220 təşkil edir. Qara dənizdən Auqustaya belə dərəcələr 30 min ton tutumlu gəmilər üçün 5% azalaraq ws 415, neft və açıq rəngli neft məhsullarının Novorossiyskdən Auqustaya 30 min ton tutumlu gəmilərlə nəqli üçün dərəcə isə 4% azalaraq ws 380 təşkil edir.

Xəbər lenti

Xəbər lenti