...

Bakı Baş İstehsalat Qaz İdarəsi 520 min abonentdən 50 minin evinə qaz sayğacları quraşdırıb

Energetika Materials 3 Fevral 2006 17:55 (UTC +04:00)

"Barmek" Azərbaycan Elektrik Şəbəkəsinin guya əhaliyə qaz verilməməsi üzündən işıq xətlərinin çox yüklənməsi barədə bəyanatları məsuliyyətsiz çıxışlardır və yolverilməzdir. Trend in məlumatına görə, bu fikirləri jurnalistlərlə söhbətində Bakı Baş İstehsalat Qaz İdarəsi rəisinin birinci müavini Nüsrət Qasımov bildirib. O, qeyd edib ki, bütün istilikverən elektrik cihazları, yağla işləyən kaminlər məhz bunun üçün istehsal olunub. Ona görə də əhalinin istilik üçün elektrikdən istifadə etməsinə görə Bakı Baş İstehsalat Qaz İdarəsini günahlandırmaq düzgün deyil.

Nüsrət Qasımovun sözlərinə görə, əksinə, əhalinin elektrik deyil, qaz sobalarından evləri qızdırmaq üçün istifadə etməsi ziyanlı və təhlükəlidir. Qazın tərkibindəki radioaktiv maddələr qaz sızması və başqa hadisələr zamanı uyuşdurucu təsir göstərir və insan tələfatına səbəb olur. N.Qasımov əhalini dördgözlü qaz sobaları ilə evləri qızdırmamağa çağırıb.

N.Qasımov həmçinin, qaz sayğaclarının quraşdırılmasına da toxunub. O, bildirib ki, 520 min abonentdən 50 minin evinə sayğaclar quraşdırılıb. Rəis müavininin sözlərinə görə, sayğacların saxta olması barədə bəzi KİV-lərin yaydığı məlumatlar, yazılar həqiqətə uyğun deyil.

Xəbər lenti

Xəbər lenti