...

AR DNŞ Roc Oil treyderi üçün birbaşa qovulan benzin yükləyib

Energetika Materials 9 Fevral 2006 17:03 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan Dövlət Neft şirkəti (AR DNŞ) tenderdə Azərneftyağ NEZ-in istehsalı olan 15 min ton birbaşa qovulan benzin (nafta) almış Roc Oil treyderi üçün bu neft məhsulunun yüklənməsini başa çatdırıb. Azərneftyağ NEZ-in tərkibinə daxil olduğu AR DNŞ-dən Trend ə verilən məlumata görə, bir partiya nafta Gürcüstanın Poti limanından yüklənib.

"İkinci partiyanın Potidən fevralın 15-16-da yüklənəcəyi gözlənilir", - deyə AR DNŞ-dən bildirilib.

AR DNŞ nümayəndəsi qeyd edib ki, gələcəkdə nafta ixracı bu məhsuldan öz qurğuları üçün yanacaq kimi istifadə edən Azərkimya DŞ-nin tələbatından tamamilə asılı olacaq.

2006-cı ilin yanvarında Azərneftyağ NEZ-in öz məhsulunu dünya bazarlarına sərbəst ixrac etmək səlahiyyətləri AR DNŞ-in "Heydər Əliyev adına" NEZ-in neft məhsullarının satışı və Azərbaycan neftinin ixracı ilə məşğul olan MİƏİ-yə verilib.

Xəbər lenti

Xəbər lenti