...

Qazaxıstanın energetika və təbii ehtiyatlar naziri Bakıya gələcək

Energetika Materials 3 Aprel 2006 18:11 (UTC +04:00)

Aprelin 9-na kimi Bakıda Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə qazax neftinin nəql olunması barədə razılaşmaya hazırlıq üzrə Azərbaycan-Qazaxıstan danışıqları keçiriləcək. Qarşıdakı danışıqlarda Qazaxıstanın nümayəndə heyətinə energetika və təbii ehtiyatlar naziri Baktıkoja İzmuxambetov rəhbərlik edəcək. Bu barədə Trend ə Qazaxıstanın Energetika və təbii ehtiyatlar Nazirliyindən məlumat verilib.

Ölkələrin milli neft şirkətləri tərəfindən hazırlanan razılaşma variantına hər iki ölkənin nazirlik və idarələri tərəfindən dəyişikliklər və əlavələr üzrə təkliflər daxil edilib. Bu məsələlərin qarşıdakı danışıqlar gedişində razılaşdırılacağı ehtimal edilir.

Azərbaycan tərəfdən dəyişikliklərlə Qazaxıstan neftinin nəqli üzrə razılaşdırma üzərində işləmək üçün yaradılmış xüsusi komissiya məşğul olacaq.

Qazaxıstandan neftin nəqli üzrə razılaşma Xəzərin Qazaxıstan sektorunda çalışan 4 BTC iştirakçısı üçün zəruridir. Bu layihə çərçivəsində Aktau-Bakı marşrutu üzrə 2010-cu ildən tez olmamaq şərti ilə sutkada 500 min barel neftin nəqli gözlənilir.

Xəbər lenti

Xəbər lenti