...

Gürcüstanda Bakı-Supsa neft kəmərindən oğurluq edilirmiş

Energetika Materials 3 Aprel 2006 18:23 (UTC +04:00)

Gürcüstan ərazisində Bakı-Supsa boru kəmərinə qeyri-qanuni boru qoşulub. Bakı-Supsa boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yatağında hasil olunan Azəri Light nefti nəql edilir.

Boru kəmərinin operatoru olan BP-nin mətbuat xidmətində Trend ə bildirilib ki, aprelin 2-də boru kəmərinin təhlükəsizliyini təmin edən atlı patrul qrupu Gürcüstanın Mçxet rayonunun Çilkani kəndi yaxınlığında suvarma kanallarından birində müəyyən miqdarda neft aşkar edib. "Bu, aradan qaldırılıb. Bu gün şirkətin mütəxəssisləri boru kəmərinə birləşdirilən qeyri-qanuni borunu aşkar edib, həmin boru ilə neft oğurlanırmış" -deyə BP-də qeyd olunub.

Gürcüstan KİV bildirir ki, polis artıq bir neçə şübhəlini saxlayıb və onlar polis şöbəsinə çatdırılıb, sorğu aparılır. Cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti