...

EİTİ üzrə üçüncü beynəlxalq konfrans Osloda keçiriləcək

Energetika Materials 5 Aprel 2006 11:00 (UTC +04:00)

Aprelin 5-də Bakıda Mədən sənayesində şəffaflıq təşəbbüsü üzrə beynəlxalq məsləhət Qrupunun (EITI) 4-cü iclası keçiriləcək. Trend in Dövlət Neft Fondunun press-relizinə istinadən xəbər verdiyi kimi, qrupun rəhbəri Piter Aygenin sədrliyi ilə keçiriləcək iclasda müxtəlif ölkələrdə EİTİ-nin tətbiqi ilə bağlı cari vəziyyət və bu təşəbbüslə əlaqədar qrupun gələcək fəaliyyəti müzakirə mövzusu olacaq.

Tədbirdə, həmçinin, 2006-cı ilin oktyabrında Osloda 3-cü beynəlxalq konfransın keçirilməsi ilə bağlı hazırlıq işləri də nəzərdən keçiriləcək. Qrupun iclasında iştirak etmək üçün ABŞ, Norveç, Fransa, Nigeriya və digər ölkələrdən rəsmi şəxslər Bakıya gələcək. Bundan başqa, tədbirdə DB, BVF, BP və Chevron, o cümlədən Global Witness və Açıq Cəmiyyət İnstitutu kimi beynəlxalq QHT nümayəndələri iştirak edəcək.

Aprelin 6-da "EİTİ: pilot ölkələrin təcrübəsi" adlı beynəlxalq konfrans keçiriləcək. Tədbirdə ABŞ, Böyük Britaniya, Rusiya, Misir, Nigeriya, Peru, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan QHT iştirak edəcək. Burada, həmçinin, ABŞ, Böyük Britaniya, Fransa, Norveç və Qazaxıstanın Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri də təmsil olunacaq.

Konfransdan sonra DB və Açıq Cəmiyyət İnstitutu tərəfindən QHT üçün ikigünlük seminar keçiriləcək.

Mineral ehtiyatlarla zəngin olan ölkələrdən heç biri indiyədək şəffaflığa dair hesabat hazırlamayıb və Azərbaycan pilot ölkə kimi bu istiqamətdə hələlik yeganə ölkədir. Artıq bir çox ölkələr şəffaflıq təşəbbüsünün həyata keçirilməsi ilə bağlı Azərbaycanın modelindən istifadə etmək arzusunda olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti