Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanın Batumi limanından bir partiya mənfəət neftinin satışı üzrə tender elan edib. ARDNŞ-dən Trend ə verilən məlumata görə, tender "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən Azəri Light növlü 80 min ton (600 min barel) neftin satışı üzrə keçirilir. Neftin 30 aprel-1 may tarixində yüklənəcəyi nəzərdə tutulub.
Tenderin aprelin 12-də bağlı elan ediləcəyi planlaşdırılır. Əvvəlki analoji tenderin qalibi isə Almaniyanın Select Energy Trading şirkətidir.
Batumi neft terminalı ildə 15 mln tonadək neft daşımaq qabiliyyətinə malikdir. Terminal 4 körpüdə 30-90 min ton tutumlu tankerlərə xidmət edir. Hazırda terminalın rezervuar parkının gücü təxminən 530 min tondur.