Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Bakıda səfərdə olan Polşa Respublikasının iqtisadiyyat naziri Pyotr Voznyakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Trend in məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Sənaye və energetika naziri qonağı Azərbaycanın neft strategiyası ilə tanış edib. Görüş zamanı ölkələr arasında münasibətlərin mövcud və perspektiv inkişafı məsələləri müzakirə edilib. Görüşdə Polşanın Azərbaycandakı səfiri K.Krayevski iştirak edib.