2006-cı ildə Azərbaycanda tikilməsi planlaşdırılan 5 modul stansiyadan biri hazırda fəaliyyət göstərən Bakı elektrik stansiyasının (keçmiş Bakı İES-2) ərazisində tikiləcək.
Trend agentiliyi Azərenerji SC-yə istinadən xəbər veriri ki, burada 8,7 MVt gücündə olan 12 modul quraşdırılacaq.
Stansiyanın direktoru Gülminə Quliyevanın sözlərinə görə, keçmiş istilik elektrik stansiyasının binası və avadanlığı sökülür. Bundan əlavə 7 qazanın 4-ü sökülmək üzrədir.
Bu işlərin başa çatmasını gözləmyən Azərenerji CS-nin modul proqramı üzrə tərəfdaşları yeni modul stansiyası üçün ilk avadanlıq partiyasını gətirib.